Futbol üzrə Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının heyəti acıqlanıb
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının heyəti acıqlanıb.

Noyabrın 10-dan 15-dək Bakıda keçiriləcək oyunlarda Azərbaycan və Ukrayna yığmaları ilə yanaşı, Türkiyə və Bosniya və Herseqovina komandaları da mübarizə aparacaq.

Ukrayna millisinin heyətinə qapıçılar - Andrey Marçuk (“Volın”), Vladimir Maxankov (“Dinamo”), müdafiəçilər - Boqdan Mixaylіçenko (“Dinamo”), Dmitri Şevçenko, Yaroslav Fursov (hər ikisi “Şaxtyor”), Vasil Kravets, Vladimir Senitsya (hər ikisi “Karpatı”), Svyatoslav Şapovalov (“Dnepr”), yarımmüdafiəçilər - Aleksandr Pіxalyonok, Andrey Korobenko (hər ikisi “Şaxtyor”), Aleksandr Timçik, Vladimir Şepelev (hər ikisi “Dinamo”), Aleksey Qutsulyak (“Karpatı”), Yurі Vakulko (“Dnepr”), hücumçular - Aleksey Hebetun, Rostislav Taranuxa (hər ikisi “Dinamo”), İlya Markovski (“Çernomorets”), Denis Balanyuk, Artyom Dovbik (hər ikisi “Dnepr”) və Marian Şved (“Sevіlya”, İspanіya) dəvət olunublar.

Xəbər 659 dəfə oxundu.