Siyəzəndə şahmat üzrə rayon birinciliyi kiçirilib
Dövlət Bayrağı Günü ilə əlaqədar Siyəzəndə yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

İki gün davam edən yarışda ümumilikdə 40-dan çox yeniyetmə birincilik uğrunda mübarizə aparıb. Qızlar arasında Nigar Dəmirova, oğlanlar arasında isə Kamran Əsədov rayon birinciliyinin qalibi olublar. Yarışda uğurla çıxış edən Nəzrin Allahverdiyeva, Şəbnəm Abdullayeva, Rüstəm Əhmədov və Məhəmməd Yaqubov da mükafatçılar sırasında yer almağı bacarıblar.

Gənclər Mərkəzində keçirilən mükafatlandırma mərasimində rayon Gənclər və İdman İdarəsi, təhsil şöbəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin nümayəndələri çıxış edərək yarışın məqsədi, eləcə də Dövlət Bayrağı Gününün əhəmiyyəti haqqında danışıblar.

Çıxışlardan sonra təşkilatçılar tərəfindən I, II və III yerlərin sahiblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 759 dəfə oxundu.