“Qarabağ”ın ingiltərəli rəqibi növbəti turda heç-heçə oynayıb
İngiltərə Premyer Liqasında 12-ci turun oyunlarına yekun vurulub.

Son oyun günündə UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Tottenhem” klubu səfərdə “Arsenal”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu turdan sonra hesabında 21 xal olan “Tottenhem” turnir cədvəlinin 5-ci pilləsində yer alır.

Xatırladaq ki, Ağdam təmsilçisinin “Tottenhem” komandası ilə oyunu noyabrın 26-da Bakıda keçiriləcək.

Xəbər 647 dəfə oxundu.