Kikboksinq üzrə yarış keçirilib
Azərbaycan Kikboksinq Federasiyasının, “Abşeron” Kikboksinq Klubunun və Abşeron İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə yarış keçirilib.

“Abşeron” Kikboksinq Klubunun baş məşqçisi Bəhruz Çıraqovun verdiyi xəbərə görə, Kikboksinqda müxtəlif çəki dərəcələrində 10 klubdan 150-yə yaxın idmançı mübarizə aparıb.

“Məqsədimiz idmançılarımıza bayraq sevgisini aşılamaq və dünyada bayrağımızı ucalara qaldırmağa həvəsi yaratmaqdır. Bu məsələdə idmançılarımızın üzərinə daha çox pay düşür. Yarış yüksək səviyyədə başa çatdı”, - deyə B.Çıraqov qeyd edib.

Yarışda Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Oruc Məmmədli çıxış edib. O, Dövlət Bayrağı Gününün əhəmiyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Xəbər 809 dəfə oxundu.