Topaz Premyer Liqası, “Qarabağ” növbəti qələbəsini qazandı
Topaz Premyer Liqasının XII turunda “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ı 1-0 hesabı ilə məğlub etdi.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. “Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım. Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, 1 oyun yaxşı oynayan kimi başını qaldırmasınlar".


Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Sıx qrafiki qələbə ilə başa vurduq. “Xəzər Lənkəran”la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq. Futbolçulardan və qazanılan nəticədən razıyam. “Xəzər Lənkəran”ın heyətində yaxşı gənc oyunçular var. Onlar gələcəkdə Azərbaycanın əsas futbolçularından olacaqlar”.

Xəbər 665 dəfə oxundu.