Topaz Premyer Liqası, “Zirə” – “Sumqayıt” görüşündə 5 qol vuruldu
Topaz Premyer Liqasının XII turu “Zirə” üçün uğurlu alındı. Qəsəbə təmsilçisi “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Çox gərgin oyun alındı, qarışıq hisslərim var, nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdur. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları yaratdılar. Səhvlərimizin sayı çox oldu”.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Komandadan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı. Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə oyunda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik”.


Xəbər 766 dəfə oxundu.