"Neftçi"nin əsas heyətinin 4 futbolçusu Almaniya və Rusiyaya qarşı
“Neftçi” PFK-nın əsas heyətinin 4 futbolçusu - Elşən Abdullayev, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov Azərbaycan U-21 milli komandasına cəlb olunublar. Yığmaya çağırılanlar arasında “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Ramiz Əhmədov da var. Noyabrın 9-dan 11-dək, 15-dən 18-dək Bakı şəhərində, 11-dən 15-dək Almaniyanın Reqensburq şəhərində təlim-məşq toplanışı keçəcək yığma Avro-2017-nin seçmə mərhələsi çərçivəsində ayın 13-də Almaniya, 17-də isə Rusiya ilə qarşılaşacaq.

Xəbər 628 dəfə oxundu.