Topaz Premyer Liqası, AZAL – “Kəpəz” oyununda qalib müəyyənləşmədi
Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL – “Kəpəz” oyunu 1-1 hesabı ilə başa çatdı.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. Gəncə klubu ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm. “Kəpəz” bu tur ən yaxşı ikinci hissəsini sərgilədi. İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”.

Xəbər 690 dəfə oxundu.