Basketbol üzrə 23-cü Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib
Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib.

Çempionatın ikinci turunda “Bakı” komandası “Araz”a 70:58, “Baku Oilers” klubu AZTOP-a 66:61, NTB “Dərvişə”ə 69:50, “Sıçrayış” kollektivi isə BDU-ya 88:47 hesabı ilə qalib gəlib.

Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

Hesabında 4 xal olan “Bakı” və “Baku Oilers” komandaları turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşıb.

Xəbər 778 dəfə oxundu.