“Azərreyl” voleybol komandası “Tbilisi”yə asanlıqla qalib gəlib
Noyabrın 7-də qadın voleybolçular arasında Azərbaycan çempionatının ikinci turu çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqasından mübarizə aparan təmsilçimiz “Azərreyl” yarışda müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” komandası ilə qarşılaşıb.

Görüşün ilk setində Azərbaycan təmsilçisi asan qələbə qazanıb – 25:6. Qarşılaşmanın ikinci hissəsində “Tbilisi” komandası əzmkarlıq nümayiş etdirsə də, sonda “Azərreyl” üstün olub – 25:20. Üçüncü seti də Bakı təmsilçisi öz xeyrinə başa vurub – 25:7.

Beləliklə, görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 679 dəfə oxundu.