“Araz” klubunun sabiq baş məşqçisi yeni təyinat alıb
Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun sabiq baş məşqçisi Joze Alesio da Silva yeni təyinat alıb.

Braziliyalı mütəxəssis bundan sonra Qazaxıstan yığmasında çalışacaq. O, baş məşqçi Kakaunun köməkçisi təyin olunub.

Joze Alesio da Silva ötən il Azərbaycandan ayrılaraq Qazaxıstanın “Kayrat” klubunda Kakaunun köməkçisi kimi fəaliyyətə başlamışdı. Onu yığmaya da məhz həmyerlisi dəvət edib.

Xəbər 664 dəfə oxundu.