Bu gün Topaz Premyer Liqasında 12-ci tur start götürür
Turun açılış günündə iki qarşılaşma baş tutacaq.

Görüşlərin ikisi də paytaxtda, biri Şüvəlanda, digəri isə Zirədə keçiriləcək. Bu tur turnir cədvəlinin ilk beşliyində qərarlaşan komandaların 2-ci beşlikdə olan klublarla qarşılaşması kimi əlamətdar olacaq.

Ötən tur Qəbələdən 3 xalla qayıdan Şahin Diniyevin yetirmələri zəif günlərini yaşayan AZAL-la oyunun favoriti hesab olunur. “Təyyarəçilər” son sıralardan qurtulmaq, "Kəpəz" isə uğurlu seriyasını davam etdirməyə səy göstərəcək. “AZAL”–“Kəpəz” matçı saat 16:30 “Azal Arena”da start götürəcək.

Günün ikincı oyunu “Zirə”–“Sumqayıt” arasında eyniadlı İdman Kompleksinin stadionunda keçiriləcək. Samir Abbasovun gəlişindən sonra yaxşı oyun sərgiləyən "Sumqayıt" çətin səfərdən xalla qayıtmağa çalışacaq. Meydan sahibləri isə liderlər qrupundan uzaq düşməmək üçün qələbəyə səy göstərəcək. Oyun saat 18:30-da başlayacaq.


Xəbər 634 dəfə oxundu.