Özbəkistan şahmatçısı dünya çempionu olub
Yunanıstanın Porto Karrase şəhərində yeniyetmələr arasında standart şahmat üzrə keçirilən dünya çempionatında 14 yaşlı özbəkistanlı zəka sahibi Şamsiddin Vaxidov dünya çempionu adını qazanıb.

Özbəkistan Şahmat Federasiyasının verdiyi məlumata görə, yarışlarda dünyanın 80 ölkəsindən 187 şahmatçı iştirak edib.

Məlumatda deyilir ki, Ş. Vahidov oynadığı 11 partiyanın heç birini uduzmayıb - 7 qələbə, 4 heç-heçə.

Özbəkistanın digər şahmatçıları - Nodirbek Abdusattarov və İslambek Sindarov turnirin diplomlarına layiq görülüblər.

AZƏRTAC

Xəbər 751 dəfə oxundu.