Yoldaşlıq görüşü keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanıb
Noyabrın 17-də Bakıda Moldova ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Robert Prosineçki Olimpiya Stadionunda baş tutacaq görüşə 22 futbolçu çağırıb.

Siyahıya yeni ad da daxil edilib. Belə ki, xorvatiyalı çalışdırıcı “Xəzər Lənkəran”ın müdafiəçisi Elşən Rzazadəni də heyətə cəlb edib:

Kamran Ağayev (Karşıyaka), Aqil Məmmədov (Neftçi), Anar Nazirov (Zirə FK), Səlahət Ağayev (İnter), Tərlan Quliyev (Kəpəz), Maksim Medvedev (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Magomed Mirzabekov (Qəbələ), Arif Daşdəmirov (Qəbələ), Ruslan Abışov (Qəbələ), Pavel Paşayev (Metalurg Zaporozhye), Rəşad Eyyubov (Kəpəz), Qara Qarayev (Qarabağ), Elvin Məmmədov (Qarabağ), Afran İsmayılov (Qarabağ), Dmitriy Nazarov (Karlsruhe), Rəhman Hacıyev (Neftçi), Tuğrul Erat Fortuna (Dusseldorf), Rahid Əmirquliyev (Xəzər-Lənkaran), Elşən Rzazadə (Xəzər-Lənkaran), Ruslan Qurbanov (Neftçi).

Xəbər 307 dəfə oxundu.