Voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunu keçirilib
Noyabrın 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatının birinci turu çərçivəsində növbəti oyunu keçirilib.

Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqası yarışlarında mübarizə aparan “Telekom” və “Lokomotiv” komandaları qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Telekom”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin açılış oyununda “Gənclik” komandası çempionatda müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” komandasını 3:0 hesabı ilə məğlub edib.

Xəbər 679 dəfə oxundu.