Türkiyəli diplomat Kəpəzin qonağı olub
Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık “Kəpəz” Peşəkar Futbol Klubu ilə yaxından tanış olmaq üçün əyalət komandasına baş çəkib.
Türkiyəli diplomat və konsulluğun əməkdaşları klubun icraçı direktoru Mehman Allahverdiyevlə görüşüblər.

Klub rəsmisi tərəfindən qonaqlara komandanın tarixi, nailiyyətləri və Topaz Premyer Liqasının cari mövsümdəki çıxışı barədə məlumat verib.

Xəbər 655 dəfə oxundu.