Voleybolçular arasında Azərbaycan çempionatına start verilib
Noyabrın 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib.

6 klubun iştirak etdiyi çempionatda ilk dəfə olaraq yerli komandalarla birgə digər ölkənin kollektivi də mübarizə aparır. 2017-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq nəticəsində “Tbilisi” komandası çempionata qatılıb.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan turnirin açılış oyunu “Gənclik” və “Tbilisi” komandaları arasında keçirilib. Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən oyunda “Gənclik” komandası 3:0 hesablı qələbə qazanıb.

Turnirdə, həmçinin “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” da birincilik uğrunda mübarizə aparır.

Xəbər 694 dəfə oxundu.