“Qarabağ” Vətənə qələbə ilə dönür
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisinin rəqibi “VİT-Corciya” olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin sayca 6-cı sınağı uğurlu alınıb. Bundan öncə Rumıniya “Petrolul Ploeşti”sinə qalib gələn (2:0) “Qarabağ”, Gürcüstan klubu qarşısında da büdrəməyib. “Ağlar” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Bizdən qolları Vaqif Cavadov (18 dəq), Georgi Adamiya (22 dəq) və Rauf Əliyev (24 dəq) vurublar.
Komandamız çabah Türkiyədəki hazırlığını başa vurub Bakıya dönəcək.

Qeyd edək ki, “Qarabağ” bundan öncə keçirdiyi yoxlama görüşlərində “Taraz”a (Qazaxıatan) 0:1, “Rid”ə (Avstriya) 1:3, “Obolon”a (Ukrayna) 0:3 hesabı ilə uduzub, “Vasluy”la (Rumıniya) isə 1:1 hesablı heç-heçə edib.

Xəbər 913 dəfə oxundu.