“Neftçi”nin baş məşqçisi Ukraynaya gedəcək
Bakının “Neftçi” klubuna Ukrayna Futbol Federasiyasından məktub daxil olub.

Məktuba əsasən, “Neftçi”nin baş məşqçisi Samir Əliyev Ukraynada keçirilən dinləmələrdən uğurla keçərək “Pro” kateqoriyalı məşqçilik kurslarına cəlb edilib. Məşqçilik kurslarının ilk mərhələsi noyabrın 16-20-də Ukraynada təşkil olunacaq.

AFFA tərəfindən növbəti “Pro” kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağı səbəbindən Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.

Xəbər 694 dəfə oxundu.