Məktəblilər arasında keçiriləcək XXVIII spartakiadaya həsr olunmuş iclas keçirilib
Bu gün Baş İdarənin konfrans zalında 2015-2016-cı tədris ili müddətində məktəblilər arasında keçiriləcək XXVIII spartakiadaya həsr olunmuş iclas keçirilib.

Spartakiadanın baş hakimlər kollegiyasının, həmçinin rayon gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən yığıncaqda idman növləri üzrə yarışların keçirilmə müddəti, keçirilmə qaydaları, əməkdaşlar tərəfindən irəli sürülmüş təkliflərə baxılaraq müzakirə edilib.

Sonda şahmat və stolüstü tennis növləri üzrə yarışların püşkü atılıb.

Xəbər 721 dəfə oxundu.