UEFA klubların yeni reytinq siyahısını açıqlayıb
Avrokuboklarda keçirilən matçlardan sonra UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Doğma meydanda “Monako” ilə 1:1 bərabərə qalan “Qarabağ” 8 pillə irəliləyərək 127-ci sıraya yüksəlib.

Avropa liqasındakı daha bir təmsilçimiz “Qəbələ” isə səfərdə Dortmund “Borussiya”sına 0:4 hesabı ilə məğlub olsa da, siyahıda 1 pillə yüksələrək reytinq cədvəlinin 253-cü sırasında qərarlaşıb.

Xəbər 714 dəfə oxundu.