Azərbaycan Rusiya və Polşaya qarşı
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparır.

İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, qadın güləşçilərimiz Polşa və Rusiya ilə birgə A qrupunda mübarizə aparacaq. B qrupunda isə, Ukrayna, Belarus və Türkiyə yığmaları yarışacaq. Qrup birinciləri turnirin finalında qarşılaşacaq.

I dövrə - Azərbaycan - Polşa (saat 14:00)

II dövrə - Rusiya - Azərbaycan

Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb.

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir.

Xəbər 665 dəfə oxundu.