İdmançılarımız əlil arabasında idman rəqsi üzrə dünya çempionatında iştirak edəcəklər
Azərbaycan idmançıları əlil arabasında idman rəqsi üzrə noyabrın 7-8-də İtaliyanın Roma şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Ölkəmizi bu mötəbər idman tədbirində 2013-cü ilin Qitələr Kubokunun qalibləri, Milli Paralimpiya Komitəsinin idmançıları Kərimova Vüsalə və Tamerlan Qədirov cütlüyü təmsil edəcək.

İdmançılarımız “Paşa travel” şirkətinin dəstəyi ilə ilk dəfə təmsil olunacaqları bu idman tədbirində iştirak etmək artıq Romaya gəliblər.

Qeyd edək ki, əlil arabasında idman rəqsi Azərbaycanda 2012-ci ildən etibarən geniş vüsət alıb. İdmançılarımız ölkəmizi bu idman növü üzrə keçirilmiş mötəbər yarışlarda uğurla təmsil edirlər.

Xəbər 872 dəfə oxundu.