“Dəmiryolçular” Oksana Parxomenkoya əvəz tapdı
Bakının “Azərreyl” klubu qış transfer fasiləsində növbəti transferini gerçəkləşdirib. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” ABŞ milli komandasının sabiq toppaylayıcısı Nikol Branah ilə razılığa gəliblər.

Əsasən çimərlik voleybolunda uğur qazanan və burada ulduz hesab olunan 34 yaşlı Branahla mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Azərreyl” Bakıya qayıtdıqdan sonra komandaya qoşulacaq.

Qeyd edək ki, 188 sm boya malik amerikalı məcburiyyətdən transfer edilib. O, zədələnərək sıradan çıxan “dəmiryolçular”ın kapitanı Oksana Parxomenkonu əvəzləməlidir.

Xəbər 935 dəfə oxundu.