“Qəbələ” “Borussiya” klubu ilə qarşılaşacaq
Noyabrın 5-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda “Qəbələ” Almaniyada Dortmundun “Borussiya” klubu ilə qarşılaşacaq.

“Siqnal İduna Park” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçı belçikalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Sebastian Delferyere olacaq.

“C” qrupunda keçirdiyi üç oyundan bir xal toplayan “Qəbələ” qrupda sonuncu sırada qərarlaşıb. “Borussiya” 7 xalla hələ ki qrupun lideridir. Rusiyanın “Krasnodar” komandası 4 xalla ikinci, Yunanıstanın PAOK klubu isə 3 xalla üçüncü sıradadır.

Xəbər 638 dəfə oxundu.