“Qarabağ” – “Monako” qarşılaşmasına bilet satışı davam edir
Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Monako” (Fransa) oyununa bilet satışı davam edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna 15 min bilet satılıb. Oyuna saatına qədər bilet satışında artımın olması istisna edilmir.

Qeyd edək ki, “Qarabağ” – “Monako” qarşılaşması noyabrın 5-də saat 20:00-da start götürəcək.

“Qarabağ”ın yer aldığı “J” qrupunda “Monako” 5 xalla birinci yerdədir. Belçikanın “Anderlext” komandası ikinci, İngiltərənin “Tottenhem” üçüncü pillədə qərarlaşıb. “Qarabağ” isə 3 xalla sonuncu yerdədir.

Xəbər 667 dəfə oxundu.