“Qarabağ” “Monako” kollektivini qəbul edəcək
Noyabrın 5-də futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Fransanın “Monako” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu rumıniyalı baş hakim Kristian Balay idarə edəcək.

“Qarabağ”ın yer aldığı “J” qrupunda “Monako” 5 xalla birinci yerdədir. Belçikanın “Anderlext” komandası ikinci, İngiltərənin “Tottenhem” klubu üçüncü pillədə qərarlaşıb. “Qarabağ” isə 3 xalla sonuncu yerdədir.

Qrupun digər oyununda “Anderlext” səfərdə “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirəcək.

Xəbər 844 dəfə oxundu.