Baş İdarədə cüdo yarışı ilə bağlı iclas keçirilib
Oktyabrın 28-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin akt zalında 6 -8 noyabr tarixlərində 1999-2001-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinin keçirilməsi ilə bağlı iclas baş tutub.

İclasda yarışın keçirilmə şərtləri ilə bağlı müzakirələr aparılıb, birinciliyin yüksək səviyyədə keçirilməsi üçün respublika səviyyəli hakimlərin cəlb olunmasına qərar verilib.

Xəbər 714 dəfə oxundu.