Şəhriyar Məmmədyarov “Tata Stell Chess-2016” şahmat festivalının əsas turnirində iştirak edəcək
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Tata Stell Chess-2016” şahmat festivalının əsas turnirində iştirak edəcək. Turnir yanvarın 15-dən 31-dək Hollandiyanın Veyk-an-Zee şəhərində keçiriləcək.

Beynəlxalq festival Veyk-an-Zee şəhərində 78-ci dəfə təşkil olunacaq.

Turnirdə Ş.Məmmədyarovla yanaşı, Bakıda keçirilən 2015-ci il Dünya Kubokunun sahibi Sergey Karyakin (Rusiya), dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Din Lijen, Vey İ, Xou İfan (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Niderland), Maykl Adams (İngiltərə) və David Navara (Çexiya) iştirak edəcəklər.

Ənənəyə görə iştirakçıları iki səyyar tur gözləyir: birinci tur Amsterdamda NEMO elmi muzeyində, ikincisi isə Utrexte dəmiryolu muzeyində keçiriləcək.

Xəbər 705 dəfə oxundu.