Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüş keçiriləcək
9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçiriləcək.

Veloyürüş noyabrın 7-də Dövlət Bayrağı Meydanından start götürəcək.

İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcəklər. 16,5 kilometrlik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.

Bununla əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası velosiped sürməkdən zövq alan gəncləri birliyimizi əks etdirən yürüşdə iştiraka dəvət edir. İştirakçılar velosiped və baş geyimlərini özləri ilə gətirməlidirlər.

Xəbər 676 dəfə oxundu.