Azərbaycan idmançısı Avropa kəməri qazanıb
Kikboksinq üzrə Almaniyada keçirilən turnirdə Bəxtiyar İsgəndərzadə Avropa kəməri qazanıb. Azərbaycan idmançısı rəqibini 8 saniyəyə nokaut edib.

Kikboksinq üzrə ikiqat dünya çempionu Bəxtiyar İsgəndərzadə Almaniyanın paytaxtı Berlində keçirilən “Battle of Berlin-6” turnirinin qalibi olub.

63,5 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı öz rəqibi, Bosniya və Hersoqovina nümayəndəsi Jasmin Derviseqiçini cəmi 8 saniyəyə nokaut edib. Layiqli tələbə qazanmış həmvətənimiz İSKA-nın Avropa kəmərini qazanıb.

Xatırladaq ki, WAKO-nun Avropa Çempionatının gümüş mükafatçısı Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin Beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edir.

Xəbər 1268 dəfə oxundu.