Almaniya Futbol Federasiyasının baş qərargahında axtarış aparılıb
Noyabrın 3-də Almaniya Vergilər İdarəsi və prokurorluğun iqtisadi cinayətkarlıq üzrə şöbəsi Frankfurt şəhərində yerləşən bu ölkənin Futbol Federasiyasının baş qərargahında (DFB) birgə axtarış aparıblar.

Əməliyyat-axtarış tədbiri paralel olaraq Federasıya rəhbərliyinin evlərində də aparılıb. Onların arasında qurumun hazırki prezidenti Volfqanq Nirsbax və onun sələfi Teo Çvançıgerin də evi yer alır. Əməliyyat zamanı müxtəlif sənədlər, kompyuter və ağır disklər müsadirə edilib.

Hüquq mühafizə orqanlarının məlumatına görə, ali futbol qurumu 2005-ci ildə mədəni tədbirin təşkili üçün 6,7 milyon avro pul xərcləyib. Məbləğ istehsalata xərclənən vəsait kimi qeydiyyata alınsa da, vergidə kəsir meydana çıxıb. Bu azmış kimi bütün bu vəsait ayrı məqsədlər üçün sərf olunub. Hazırda vergi əməkdaşları və əməliyyatçılar qeyb olan 6,7 milyon avronu axtarırlar.

Bir müddət əvvəl Almaniya Futbol Federasiyası israr edirdi ki, bu vəsait dünya çempionatının bu ölkədə keçirilməsi üçün FİFA-nin hesabına köçürülüb. Əgər ələ keçən məlumatlarda məbləğə dair əsaslı və qaranlıq dəlillər aşkarlanarsa, onda “DFB” rəhbərlərini uzun müddətli məhbusluq həyatı gözləyir.

Xəbər 767 dəfə oxundu.