"Trabzonspor"a ağır cəza tətbiq edilib
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspor"a ağır cəza tətbiq edib.

İdman.com.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Trabzon təmsilçisinin rəhbərliyi Türkiyə superliqasında "Qaziantepspor"la oyundan sonra baş hakimi girov götürdükləri üçün ümumilikdə 2 milyon türk lirəsi məbləğindən cərimələnib.

Klubun bəzi üzvləri 1 ildən 410 günə qədər haqqlarından məhrum edilib.

"Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu isə 280 gün haqq məhrumiyyəti və 150 min lirə pul cəzasına məruz qalıb.


Xəbər 625 dəfə oxundu.