Elxan Məmmədov U-19 yığması ilə görüşüb
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

Baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. U-19-un baş məşqçisi Nazim Süleymanov oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün hər bir futbolçunun səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları 10, 12 və 15 noyabr tarixlərində Bakıda təşkil olunacaq. Yığmamız Bosniya və Herseqovina, Ukrayna və Türkiyə komandaları ilə mübarizə aparacaq.

Xəbər 750 dəfə oxundu.