“Neftçi” 3-cü oldu
Bu gün “Neftçi” Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə son oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Antalyada təşkil edilən yarışda mübarizə apardığı qrupda 2-ci yeri tutmuş “Neftçi”, digər qrupun 2-cisi, Rusiyanın “Terek” komandası ilə bürünc mükafat uğrunda qüvvəsini sınayıb.

Bakı vaxtı ilə saat 13:00-da başlayan oyun “ağ-qaralar”ın darmadağını ilə yekunlaşıb. “Terek”in qapısından 3 cavabsız qol keçirən “Neftçi” turniri 3-cü yerdə başa vurub. Bayraqdardan qolalrı Slavço Georgiyevski (18 dəq), Cavid İmamverdiyev (48 dəq) və Cavid Hüseynov (66 dəq) vurublar.

Qeyd edək ki, “Neftçi” qrup mərhələsində ilk matçında Ukraynanın “Metallist” klubuna 1:3 hesabı ilə uduzsa da, sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib. Təmsilçimiz 3-cü görüşündə isə Özbəkistanın “Paxtakor” komandasını 3:0 hesabı ilə məğlub edib.

Xəbər 1005 dəfə oxundu.