Azər Məhərrəmov Avropa Triatlon İttifaqının komissiya üzvü seçilib
Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Azər Məhərrəmov Avropa Triatlon İttifaqının komissiya üzvü seçilib.

A.Məhərrəmov İttifaqın marketinq, KİV-lərlə əlaqə, kommunikasiya və ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyətinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Federasiya rəhbəri gələn ilin yanvarında Parisdə yeni təyinatla bağlı müvafiq sənəd aldıqdan sonra beynəlxalq qurumdakı işinə başlayacaq.

Avropa Triatlon İttifaqının rəhbəri Renato Bertrandi bir neçə dəfə Azərbaycana səfər edərək milli federasiyada qısa müddətdə sürətli inkişafı yaxından müşahidə edə bilib. Bu səbəbdən beynəlxalq qurum Azərbaycan Triatlon Federasiyasının təsnifat dərəcəsini də 3-ə yüksəldib.

AZƏRTAC

Xəbər 678 dəfə oxundu.