Sumqayıtda Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) və “Azercell” MMC-nin birgə təşkilatçılığı ilə noyabrın 6-da ölkəmizdə ilk dəfə olaraq birinci Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Sumqayıt Paralimpiya İdman Kompleksində keçiriləcək yarışlarda respublikanın müxtəlif regionlarından olan paralimpiyaçılar idmanın 4 növü - cüdo, üzgüçülük, masaüstü tennis və boccia üzrə güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışa 50-dən çox sağlamlıq imkanları məhdud uşaq qatılacaq.

Beynəlxalq təcrübədə ilk dəfə olaraq AMPK sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmasını himayəsinə götürərək 2013-cü ilin sentyabrında Komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Xəbər 852 dəfə oxundu.