Azərbaycanlı hakim “Ximik” – “Nant” voleybol oyununa təyinat alıb
Azərbaycanlı voleybol hakimi Zaur Hacıyev beynəlxalq oyuna təyinat alıb.

Avropa Voleybol Konfederasiyasının (CEV) təyinatına əsasən həmyerlimiz türkiyəli Mehmet Demirdelen ilə birgə “Ximik” (Ukrayna) – “Nant” (Fransa) oyununu idarə edəcək.

CEV kuboku yarışlarının onaltıdabir final mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 10-da Ukraynada oynanılacaq.

Fransada təşkil olunan ilk görüşdə isə “Nant” 3:2 hesabı ilə qələbə qazanmışdı.

Xəbər 679 dəfə oxundu.