Cüdoçularımız Afrika Açıq Kubokunda iştirak edəcəklər
Azərbaycanın cüdo komandası noyabrın 7-8-də Port-Lui şəhərində keçiriləcək Afrika Açıq Kubokunda iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, tatami üzərinə Oruc Vəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), İsmayıl Piriyev, Fəqan Quluzadə (hər ikisi 73 kq), Əbdülhaq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüstəm Əlimli (hər ikisi 90 kq) və Uşanqi Kokauri çıxacaqlar.

Qadınların turnirində öz güclərini Aişə Qurbanlı (48 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) sınayacaqlar.

Yarışlar reytinq xarakteri daşıyır, qaliblər hərəyə yüz xal qazanacaqlar.

Xəbər 673 dəfə oxundu.