İslam Həmrəylik İdman Federasiyasının Baş Assambleyasında iştirak edəcək qonaqlar Bakıya gəliblər
Xəbər verdiyimiz kimi, noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) IX Baş Assambleyası keçiriləcək.

İndoneziya, Komor, Seneqal, Syerra-Leone, Misir, Kamerun və Türkiyədən nümayəndə heyətləri Assambleyada iştirak etmək üçün artıq Azərbaycana gəliblər.

Tədbirdə Səudiyyə Ərəbistan Krallığının Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı edəcəklər.

Assambleyada Azərbaycanı IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvləri, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İSSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi nümayəndələr təmsil edəcəklər.

Qonaqlar IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektlərində yaradılan şəraitlə də tanış olacaqlar

Xəbər 554 dəfə oxundu.