Rio-de-Janeyro Olimpiya oyunlarında qaçqın idmançılar da təmsil olunacaq
Britaniyanın “Guardian” qəzeti xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax BMT-nin Baş assambleyasında çıxışında bildirib.

T. Bax deyib ki, Yaxın Şərqdəki müharibə üzündən aralarında peşəkar idmançılar olan insanlar kütləvi şəkildə Avropa ölkələrinə köç ediblər: “Hazırda dərəcəli qaçqın atletlərin Olimpiya oyunlarında iştirak etmək imkanı yoxdur. Yığması, bayrağı və himni olmayan idmançılar belə Olimpiadaya dəvət olunaraq turnirdə Olimpia bayrağı altında təmsil olunacaqlar”,-deyə T. Bax qeyd edib.

Xəbər 795 dəfə oxundu.