“Neftçi” klubunun təmsilçiləri 5 medal qazanıblar
Hövsan Olimpiya İdman Kompleksində MMA üzrə açıq Bakı kuboku keçirilib. Yarışda 26 komandanın tərkibində 200-dən çox idmançı qüvvəsini sınayıb.

“Neftçi” İdman Klubunun təmsilçiləri paytaxt yarışında 5 medala sahib olublar. Böyüklər arasında yarışda Orxan Əlizadə (92 kq) və Mukayat Pirqaibov (100 kq-dan yuxarı) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ruslan Quliyev (62 kq) isə yarışı üçüncü sırada tamamlayıb.

Gənclərin yarışında Mənsud Maharəndi (45 kq) qızıl medal qazanıb. Yeniyetmələrdən isə Nihad Abdullayev (32 kq) bürünc medala layiq görülüb.

Xəbər 630 dəfə oxundu.