“Qarabağ”-“Monako” və “Borussiya”-“Qəbələ” matçlarını idarə edəcək hakimlər açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ”-“Monako” və “Borussiya”-“Qəbələ” oyunlarının hakimləri məlum olub

Noyabrın 5-də saat 20:00-da start götürəcək “Qarabağ”-“Monako” matçını rumıniyalı baş hakim Kristian Balay idarə edəcək.

Dortmundda oynanılacaq “Borussiya”-“Qəbələ” matçı isə belçikalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Qarşılaşmanı baş hakimi Sebastian Delferyere olacaq.

Bu oyun noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Xəbər 687 dəfə oxundu.