Paralimpiyaçılar Dünya çempionatından 6 medal və 4 lisenziya ilə geri döndülər | |
Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə Dünya çempionatından idmançılarımız vətənə geri döndülər. H.Əliyev adına beynəlxalq hava limanında idmançılarımızı Komitə nümayəndələri və azarkeşlər coşquyla qarşıladılar. Ölkəmizi təmsil edən paralimpiyaçılar Dünya çempionatından ümumilikdə 6 medal və 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına 4 lisenziya ilə geri döndülər. İradə Əliyeva nizə atma idman növündə qızıl (Dünya rekordçusu birbaşa lisenziya) Kamil Əliyev uzunluğa tullanma idman növündə qızıl (birbaşa lisenziya) Elena Çebanu 100 m qaçışda gümüş (birbaşa lisenziya) Elçin Muradov-gümüş (birbaşa lisenziya) Elena Çebanu 200 m qaçışda bürünc Samir Nəbiyev disk atma idman növündə bürünc medallara sahib olublar. Beləliklə Milli Paralimpiya Komitəsi 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına 11 lisenziya qazanmışdır. |
|
Xəbər 867 dəfə oxundu. |
|
|