Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Əbu-Dabidə
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilir. Bu mötəbər turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Hal-hazırda Abu-Dabidə çəkisi 73 ve 81 kq olan cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışları Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov da izləyirlər.

Xəbər 866 dəfə oxundu.