Azərbaycanlı futbolçu “Marca”nın diqqət mərkəzində
İspaniyanın məşhur “Marca” idman nəşrində futbol üzrə Azərbaycanın milli komandasının və İspaniyanın “Eybar” klubun oyunçusu Eddi Silvestr İsrafilovun bu qəzetə verdiyi müsahibə dərc olunub.

“Marca” qeyd edir ki, gənc futbolçunun anası azərbaycanlı, atası anqolalı olsa da, o, İspaniyada futbol məktəbi keçib. Eddi özünə milli komanda seçərkən Avropa qitəsində çıxış edən Azərbaycan yığmasına üstünlük verib.

Futbolçu müsahibəsində əsasən çıxış etdiyi “Eybar” klubundakı vəziyyəti haqqında danışıb.

AZƏRTAC

Xəbər 730 dəfə oxundu.