“Fənərbağça”da növbəti ciddi itki
Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Lazar Markoviç ciddi zədə alıb.

Ölkə çempionatının 10-cu turunda “Osmanlıspor” komandası ilə matçda zədələnən futbolçu məcburi əvəzlənib. Onun UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 5-də “Ayaks” ilə oyunda meydana çıxa bilməyəcəyi qeyd olunub.

L.Markoviçdən əvvəl “Fənərbağça”nın daha bir aparıcı futbolçusu - Caner Erkin də zədələnib.

Xəbər 725 dəfə oxundu.