Azərbaycan türkü olan boksçu vəfat edib
Əslən Azərbaycan türkü, boks üzrə dünya çempionu olan Sinan Şamil Sam vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə 9 qat Türkiyə çempionu olub. 1992-ci ildə dünya gənclər çempionu adını, 1993-cü ildə Avropa, 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub.

Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib. Bu qələbələrin 16-nı nokautla qazanıb. İki döyüşdə Qızıl kəməri qorumağı bacarıb.

Xəbər 878 dəfə oxundu.