Beynəlxalq Stolüstü Tennis Federasiyası 2016- cı il Dünya çempionatında iştirak edəcək komandaların sayını azaltdı
Bu islahat 2014- cü ilin yazında gündəmə gəlmiş və artıq Beynəlxalq Stolüstü Tennis Federasiyası 2016- cı il 28 fevral – 6 mart tarixlərində Malayziyanın Kuala- Lumpur şəhərində keçiriləcək Dünya komanda çempionatından başlayaraq iştirakçı komandaların sayının azaldılması barədə qərar qəbul etmişdir. 2014- cü ildə Yaponiya Dünya çempionatında 110 kişi və 95 qadın komandası iştirak etmişdi. 2016- cı il Dünya çempionatında isə həm kişi və həm də qadın komandalarının sayı 96 olacaqdır. Qeyd etmək lazımdır ki , buna qədər Beynəlxalq Stolüstü Tennis Federasiyasının İcraiyyə Komitəsi komandaların sayının 72- dək ixtisar olunması barədə təklif irəli sürmüşdü.

Xəbər 848 dəfə oxundu.