Finala bərabər oyun: komandamız üçün həqiqət anı
Bu gün saat 23:30-da «Arena Zaqreb»də Azərbacan futzal yığması üçün həqiqət anı yetişir. İdman.com.az saytının məlumatına görə, qitə çempionatında tarixində ikinci dəfə final mərhələsində iştirak edən komanda ən vacib oyununa çıxacıq. Serbiya ilə görüşdə Azərbaycan yığma komandasına yalnız qələbə lazımdır.

UEFA-nın saytı qeyd edir ki, Azərbaycan yığması portuqallara yalnız bir oyun komponentində uduzub – yaradılan qol imkaenlarından istifadə etmək bacarığında. Məhz buna görə pireneylilər böyük hesabla qələbə qazana biliblər.

Bəs komandamızın düşərgəsində nə düşünürlər?
Azərbaycan seçməsinin baş məşqçisi ALESIU deyir: «Ümid edirəm ki, serblərlə qarşılaşmada keyfiyyətli oyun nümayiş etdirib qalib gələcəyik və bununla da növbəti mərhələyə adlayacağıq. Buna heç şüğhə etmirəm. Oyunda bəzi komponentləri yaxşılaşdıra bilsək uğur əldə edərik».

Komandanın ən məhsuldar oyunçusu, xorvatiyalı azarkeşlərin də böyük rəğbətlə oyununa tamaşa etdiyi SERJAU belə söyləyir: «Ötən turnirdən xatirimdədir ki, serblərin çox möhkəm komandası var. Onlar fiziki cəhətdən güclüdürlər. Amma biz, ilk növbədə, öz oyunumuz barədə düşünməliyik. Yalnız qələbəyə oyenayacağıq və çalışacağıq ki, lazım olan nəticəni əldə edib yolumuzu davam etdirək. Ola bilər ki, iki il bundan əvvəlkindən zəif görünürük.

Bunu, sadəcə, onunla izah etmək olar ki, yığmaının aparıcı üzvləri daha əvvəlki kimi bir klubda çıxış etmirlər. Ötən qitə çempionatından sonra bir neçə oyunçu klubunu dəyişib və buna görə də meydançada xətlərarası əlaqədə bəzi problemlər ortaya çıxıb. Amma əminəm ki, qarşıdakı oyunda bu xətaları aradan qaldırıb, qalib gələcəyik».

Xəbər 1210 dəfə oxundu.